Bir il COVID-19-dan qoruyan “Anticism Kokteyli”

22 Oktyabr 2021 11:00

Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərdən biri "AstraZeneca" COVID-19 qarşı "AZD7442" adlı "Anticism Kokteyli" hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən dərmanın ağır xəstəliklərə və ölümə qarşı təsirli olduğu vurğulanır.

Test mərhələsində olan "AZD7442" əzələyə ineksiya edilir. O, COVID-19-dan 12 aya qədər qoruma qabiliyyətinə malikdir.

Şirkətdən verilən açıqlamada qeyd edilir ki, xəstəxanaya yerləşdirilmədən yeddi gün və ya daha az müddət sonra simptomlar göstərən xəstələrdə dərman ağır xəstəlik və ölüm riskini 50 faiz azaldır.

Daha əvvəl testin 3-cü mərhələsində olan "Molnupiravir" adlı həb şəklində dərmanın ağır koronavirus xəstələrinin xəstəxanaya yerləşdirmə və ölüm riskini demək olar ki, aradan qaldırdığı bildirilib.

Milli.Az