Ərdoğanın İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı bu açıqlaması Tehranı DƏLİYƏ ÇEVİRDİ

21 Oktyabr 2021 22:34

Ərdoğanın İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı bu açıqlaması Tehranı DƏLİYƏ ÇEVİRDİ - TƏCİLİ XƏBƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.

Dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.

"Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu təbii ki, İranı düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - dövlət başçısı vurğulayıb.

İran sosial şəbəkələrində yayılan xəbərlərdə, Türkiyə prezidentinin " İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır" açıqlaması Tehranı dəliyə çevirdiyini bildirilib.

Milli.Az