Essyen Qana tarixinin rəmzi komandasında

22 Oktyabr 2021 05:44

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rəmzi komandada "Səbail"in sabiq futbolçusu Maykl Essyen də yer alıb.

Qapıçı: Robert Mensah

Müdafiəçilər: Emmanuel Ofei Ansah, Samuel Kuffur, Ceyms Dadzi, Kvadvo Asamoa

Yarımmüdafiəçilər: Maykl Essyen, Abedi Pele, Karim Razak, Məhəmməd Polo, İbrahim Sandi

Hücumçu: Toni Yeboa
 
Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək "Səbail"də çıxış edib. 

Milli.Az