"Barselona"nın futbolçusu Jerar Pike rekorda imza atıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Dinamo" (Kiyev) ilə matçda (1:0) fərqlənməklə Kataloniya təmsilçisinin sözügedən turnirdə qol vuran ən yaşlı oyunçusu (34 il 260 gün) olub.
Bundan əvvəlki rekord 2008-ci ildə Donetsk "Şaxtyor"una qol vuran keçmiş müdafiəçi Silvinyoya (34 il 241 gün) məxsus idi.
Milli.Az