"Sabah" baş məşqçisini istefaya göndərdi

21 Oktyabr 2021 21:17

"Sabah" baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Quliyev bu ilin mart ayından "Sabah"ın baş məşqçisi idi.

Qeyd edək ki, "Sabah" bu mövsüm keçirdiyi 7 oyunda cəmi 1 xal toplayıb.

Milli.Az