"Simurq"un baş məşqçisi sabiq klubuna qayıdır
4 May 2010 09:15
Roman Pokora yeni mövsümdəm "Aleksandriya" futbol klubunun "sükanı arxasına" keçə bilər.
Ukrayna mətbuatı hazırda birinci divizionda mübarizə aparan klubun Pokoranın xidmətlərində maraqlı olduğunu yazıb.
Xatırladaq ki, Pokora bundan əvvəl iki dəfə - 2000-03 və 2004-05-ci illərdə "Aleksandriya"ya rəhbərlik edib. 2001-ci ildə o, komandanı yüksək liqaya çıxarıb. "Simurq"a da Pokora 2006-cı ildə məhz "Aleksandriya"dan gəlib.
/Azerisport/