Köpək pumanı ağaca dırmaşdırdı - VİDEO

23 Fevral 2012 22:09
Milli.Az NBC-yə istinadən bildirir ki, Kodi adlı çoban iti səhər saatlarında küçədə pumanı görüb. Kodi pumanın dalınca düşüb və puma da qorxusundan ağaca dırmaşıb.

Böyük yırtıcını ştatın Ovçuluq və Balıqçılıq Departamentinin işçiləri güclə aşağı salıblar.

Mütəxəssislərin dediklərinə görə, pumanın itdən qorxmasının səbəbi onun indiyədək vəhşi təbiətdə köpəklərlə qarşılaşmamasıdır. Çox yəqin ki, puma Kodini adam bilib və təhlükə mənbəyi sayıb.

Milli.Az

View more videos at: http://nbcbayarea.com.