Zəngilanda tikilən hava limanı BELƏ OLACAQ - Görüntüləri yayıldı - FOTO

20 Oktyabr 2021 16:38

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma işləri var gücü ilə davam etdirilir. Hətta Füzulidə 10 aya inşa edilən Beynəlxalq Hava Limanının bu yaxınlarda rəsmi açılışı da olacaq.

Tikinti-quruculuq işlərinin sürətlə aparıldığı digər rayonlarımızdan biri də Zəngilandır.

Milli.Az xəbər verir ki, artıq Zəngilanda inşa ediləcək hava limanı layihəsi də hazırdır.

Aparıcı-bloger Azər Qəribin sosial şəbəkə hesabında paylaşdığı Zəngilan hava limanı layihəsini təqdim edirik:

Xatırladaq ki, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaası ilə bağlı da işlər aparılır.

Mustafa Ömər
Milli.Az