Gürcüstana getmək istəyənlərin nəzərinə - Qaydalar asanlaşdırdı

20 Oktyabr 2021 14:06

Azərbaycanın peyvənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.

Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidir. PCR testi olmayan turistlər 600 dollardan çox məbləğdə cərimələnəcək.

Milli.Az