Çağatay bu serialdan imtina edibmiş

20 Oktyabr 2021 14:18

Türkiyənin reytinqli serialları sırasında yer alan "Yargı" ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin baş rolu ilk olaraq tanınmış aktyor Çağatay Ulusoya təklif olunub. Layihədə çəkilməkdən imtina edən Çağatayın yerinə isə sonradan Kaan Urgancıoğlu seçilib.

Ç.Ulusoyun imtina etməsinin səbəbi ekran işinin bir mövsüm davam edəcəyi ilə bağlı olub.

Qeyd edək ki, serialda digər baş rolu aktrisa Pınar Deniz canlandırır.

Milli.Az