Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirildi

20 Oktyabr 2021 12:12

Məşhur rusiyalı aktyor Sergey Bezrukov koronavirusa yoluxması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aktyor öz "Instagram" səhifəsində bildirib.

O, xəstəliyin yüngül formada keçdiyini vurğulayıb.

Aktyor çıxış etdiyi tamaşaların təxirə salındığını elan edib.

Qeyd edək ki, S.Bezrukov "Briqada", "Yesenin", "Master və Marqarita" kimi seriallardakı rolları ilə tanınır.

Milli.Az