Anasını Messiyə təklif etdi - Dünya bu uşaqdan danışır - FOTO

20 Oktyabr 2021 09:32

Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 3-cü turun ilk oyunları keçirilib.

Milli.Az xəbər verir ki, PSJ (Fransa) doğma divarlar arasında "Leyptsiq"i (Almaniya) qonaq edib. Matç meydan sahiblərinin 3:2 qələbəsi ilə başa çatıb.

Messinin dubl etdiyi oyunda azyaşlı PSJ azarkeşinin açdığı pankart xüsusi diqqət çəkib. "Messi, sən mənə formanı ver, mən də sənə anamı" yazılan bu pankart dünyanın aparıcı idman nəşrlərinin diqqətindən yayınmayıb.

Bu da həmin anlar:

Xatırladaq ki, 3 oyundan sonra PSJ 7 xalla birinci, "Mançester Siti" 6 xalla ikinci, "Brügge" 4 xalla üçüncü, "Leyptsiq" isə yenə xal üzünə həsrət qalaraq sonuncu yeri bölüşür.

Məhəmməd Vaqif
Milli.Az