"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya" milyarder Con Xristoduluya satılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərədə yaşayan kiprli biznesmen "Omoniya"ya görə indiki sahib Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA-ya da məlumat verilib.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının 2-ci turunda "Omoniya"ya 4:1 hesabı ilə qalib gəlib.
Milli.Az