Boşanma ərəfəsində qarşılaşdığı xəstəlikdən danışdı

19 Oktyabr 2021 19:48

Rusiyalı müğənni Polina Qaqarina uzun müddət panik atakdan əziyyət çəkdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı boşanma prosesinin heç də asan keçmədiyini və yaşadığı stress səbəbindən səhhətində problem yarandığını etiraf edib.

Evli olduqları müddətdə yaranan panik atakların 4 il davam etdiyini vurğulayan Polina hazırda dörd yaşlı qızı Mianın himayəsi uğrunda mübarizə apardığını bildirib.

O, evlilik həyatının ona yalnız xəstəlik gətirdiyini, boşandıqdan sonra özünü daha yaxşı hiss etdiyini söyləyib.

"Düşmənə arzu etmirəm. Panik atak məni hər yerdə tapırdı. Hətta təyyarədə belə. Son iki il ərzində isə olmayıb. Buradan belə qənaətə gəlirəm ki, panik atak uzun müddət davam edən depressiyadır"- deyə, o, bildirib.

Qeyd edək ki, Polina 6 illik əri, fotoqraf Dmitri İsakovla boşanıb. Şayiələrə görə, hazırda o, səs prodüseri Vladimir Çinyaevlə görüşür, ancaq cütlük münasibətlərini rəsmən təsdiqləmir.

Milli.Az