Ən sürətli "Mercedes" nümayiş olundu - FOTO

24 Fevral 2012 09:24
Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, "SL63 AMG" modelini məşhur pilot Mixael Şumaxer təqdim edib. İstehsalçılar ən sürətli "Mercedes"i geniş publika üçün martın əvvəllərində Cenevrədə keçiriləcək avtosalonda nümayiş etdirəcəklər.

2 nəfərlik kabriolet 8 silindrli mühərriklə təchiz olunub. 5,5 litr həcmli mühərrikin gücü 529 at gücüdür. Maşın saatda 100 kilometr sürəti cəmi 4,3 saniyəyə yığır. Onun əvvəlki modeli üçün saatda 100 kilometr sürətin yığılmasına 4,6 saniyə tələb olunurdu.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.