Rüfət Axundov 100 min dollarını mənimsəyən əcnəbidən danışdı - VİDEO

19 Oktyabr 2021 19:42

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Rüfət Axundov olub.

Milli.Az xəbər verir ki, müğənni illər öncə onu aldadaraq külli miqrada pulunu mənimsəyən şəxsdən danışıb:

"Bir dönəm Birləşmiş Ərəb Əmirliklərindən avtomobil almaq və Azərbaycana gətirmək çox asan idi. 1 ilə yaxın bir ərəblə işlədik. Son dəfə maşınların pulunu, 100 min dollar göndərəndən sonra avtomobillər nəzərdə tutulan tarixdə gəlmədi. Zəng etdik, həmin şəxsin nömrəsinə zəng çatmadı. Dubaya getdim. Hər zaman görüşdüyümüz ofisdə onu tapa bilmədim. Evində qonaq olurduq. Orada belə yox idi. Ev belə özünün deyilmiş. O insanı o gündən bu günə tapa bilmədim".

Milli.Az