Hamam arzusu turistin gözündən gəldi - Təcavüzə uğradı, sonra da ədəbsiz bir təklif aldı - VİDEO

19 Oktyabr 2021 16:46

Türkiyəyə ziyarətə gələn və uzun illər həsrətində olduğu türk hamamına gedən sosial media fenomeni Yosi Enomoto adlı turist yəqin bundan sonra bir daha hamama getmək istəməz. Belə ki, türk hamamında təcavüzə məruz qaldığını iddia edib.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, turist əvvəlcə təcavüzə məruz qalıb, sonra hamamda başqa birindən "səninlə cinsi əlaqədə olmaq istəyirəm" təklifi ilə üzləşib.

Sosial media fenomeni olan turist başına gələnləri paylaşıb. Yapon gənc hadisə ilə bağlı "hamamlar təhlükəlidir" mesajını paylaşıb.

Anar Əli
Milli.Az