Ermənistanda koronavirusdan daha 37 nəfər ölüb

19 Oktyabr 2021 15:22

Ermənistanda daha 1054 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 284 237-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 37 nəfər artaraq 5 842-ə çatıb.

Milli.Az