Əlillik pensiyasını ala bilməyən vətəndaş - VİDEO

19 Oktyabr 2021 16:22

Bərdə rayon Qazıqurdalı kənd sakini Rəcəb Rəcəbli anadangəlmə hidrosefaliya xəstəsidir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, bu yaxınlara kimi xəstəliyi ilə bağlı dövlət tərəfindən ödənilən pensiyanı onun anası Nəzakət Qarayeva alıb. Lakin Rəcəbin 18 yaşı tamam olan kimi həmin pensiya dayandırılıb. Nəzakət xanım deyir ki, ailənin maddi imkanları onsuz da məhduddur. Son dörd ayda Rəcəbin pensiyasından məhrum olmaları isə vəziyyətlərini daha da çətinləşdirib.

Ananın istəyini Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə çatdırdıq.

Ümid edirik ki, həmin qərar tezliklə veriləcək və ailənin durumu yaxşıya doğru dəyişəcək.

Milli.Az