Füzulinin iqtisadi potensialı - VİDEO

19 Oktyabr 2021 14:40

Yeni layihələr rayonun ölkə iqtisadiyyatına inteqrasiyasına imkan verəcək

Füzulidə həyata keçiriləcək layihələr rayonun iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyana imkan verəcək.

Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilməsi nəticə bütünlükdə işğaldan azad edilən rayonlarımızın iqtisadi potensialının reallaşmasına xüsusi töhfə verəcək.

Millət vəkili Vüqar Bayramlı Füzuli rayonunda aparılan işlərin yeni mərhələyə qədəm qoyduğunu bildirdi. "Ağıllı kənd" konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq, 5 kəndi birləşdirəcək böyük yaşayış məntəqəsinin təməlqoyması bunun bariz nümunəsidir.

Qeyd edək ki, Füzuli rayonunda istifadəyə veriləcək ilk yaşayış məntəqəsində ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulur.

Milli.Az