Kovid zamanı antibiotik qəbul etmək təhlükəlidir - Məşhur həkim

20 Oktyabr 2021 01:02

Pandemiya başlayandan antibiotiklər koronavirusa təsir etmir deyilsə də, hələ də müalicə protokollarında antibiotiklər birinci yerdədir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Moskvanın məşhur baş həkimi Denis Proçenko bir daha xəbərdarlıq edib.

"Birdəfəlik bilin ki, virus infeksiyasında antibiotik heç kömək etmir. Virusun elə bir komponenti yoxdur ki, antibiotik ona təsir etsin. Antibiotiklər bakteriyaların quruluşuna uyğun hazırlanıb. Ona görə də kovid zamanı antibiotiklərin təyini təhlükəlidir, lazımsızdır.

Kovid müalicəsində əsas səhv xəstələrə evlərdə ya özləri, ya da tanış həkimlər tərəfindən koviddə lazımsız olan dərmanların təyinidir. Bu dərmanlar yüksək toksiki təsir edir, digər orqanları pozur və əsas xəstəliyin müalicəsini çətinləşdirir, kovidə qarşı lazımi dərmanları verəndə orqanizm artıq dözmür".

Milli.Az