“Qəbələ” Niderlandda biabırçı hesabla uduzdu

19 Oktyabr 2021 21:13

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan klubu Niderlandda "Alkmaar"la qarşılaşıb. 

Qəbələdəki ilk matçda qonaqlar 4:0 hesablı qələbə qazandığından, budəfəki görüş formal xarakter daşıyıb. Xorvatiyalı referi Dario Belin idarə etdiyi matç təmsilçimizin biabırçı hesabla məğlub olması ilə yekunlaşıb. İki görüşdə ümumilikdə 11 qol buraxan "Qəbələ" turnirlə erkən vidalaşıb. 

UEFA Gənclər Liqası
Cavab oyunu
19:00. "Alkmaar" (Niderland) - "Qəbələ" (Azərbaycan) 7:0

Qollar: Koster, 4, 36, de Yonq, 17, van Brederode, 43, van Aken, 60, Kerssens, 63, Meerdinq, 72
Baş hakim: 
Dario Bel (Xorvatiya)
Alkmaar Təlim-Məşq Mərkəzi
İlk oyun: "Qəbələ" - "Alkmaar" - 0:4

Milli.Az