Pakistanda kişi övladlarını və nəvələrini yandırdı

19 Oktyabr 2021 15:46

Pakistanın Pəncab vilayətində ailə faciəsi yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.

Yanğın nəticəsində kişinin iki qızı və dörd nəvəsi yanaraq ölüb. Uşaqlar dörd aylıq, 2, 6 və 13 yaşlarında olublar.

Faciənin səbəbkarı həbs olunub. İnsidentlə bağlı istintaq aparılır.

Milli.Az