"Instagram"ın işində fasilələr yaranıb

19 Oktyabr 2021 07:25

"Instagram" istifadəçiləri sosial şəbəkənin işində nasazlıqlardan şikayətlənirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector portalı xəbər verib.

İstifadəçilərin yarıdan çoxunda (58%) tətbiqlə bağlı problemlər olub. Digərləri saytın işində və paylaşımların endirməsində problemlərdən şikayətlənir.

Şərhlərdə istifadəçilər "hekayə" ("stories") göndərə bilmədiklərini yazırlar.

Milli.Az