Azərbaycanda imtahandan 700 bal toplayan iki gənc evləndi - FOTO

18 Oktyabr 2021 17:38

Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun toy mərasimi keçirilib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat paylaşıb. Məlumata görə, hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.

Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq, Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul olmuşdur.

Milli.Az