Gürcüstanda son sutkada COVID-19-dan 42 nəfər ölüb

18 Oktyabr 2021 11:59

Gürcüstanda ötən sutkada koronavirusa 2 479 yeni yoluxma faktı qeydə alınıb, 2 374 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 664 813 nəfərdə aşkarlanıb. Onların 614 855-i sağalıb, 9 510-u isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 40 422 nəfər təşkil edir.

Milli.Az