Livanın Baş naziri Azərbaycana səfər etməyi planlaşdırır
3 May 2010 19:21
Saad əl-Həriri iyunun 23-24-də Bakıda keçiriləcək İslam İnkişaf Bankının Direktorlar Şurasının 35-ci illik iclasında iştirak etməyi planlaşdırır.
Bunu Livanın Nazirlər Kabinetinin baş katibi Züheyl Buci Azərbaycanın Suriyadakı və Livandakı səfiri Mahir Əliyevlə görüşdə deyib. Bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyindən Trend-ə məlumat verilib.
"Əl-Həriri açıq iclasda iştirak etmək fikrindədir və bu məqsədlə Bakıya birgünlük səfər edəcək", - Buci deyib.
/Trend/