Bakı sakinini avtomobil vurub

18 Oktyabr 2021 07:28

Bakının Xətai rayonunda qəza nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 8 noyabr prospektində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Qurbanov Müslüm Möhsün oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az