Haitidə ABŞ missionerləri qaçırılıb

18 Oktyabr 2021 06:12

Aralarında uşaqlar olan 17 amerikalı missionerdən ibarət bir qrup Haitini qanqster qrup tərəfindən qaçırılıb. Bu barədə insidentlə bağlı məlumatı olan dini qrup səsli mesajda məlumat verib.

ABŞ-ın orta-qərbi Ohayo ştatında qərargahlanan Xristian Yardım Xidməti digər missiyalara mesaj göndərərək bildirib ki, 17 nəfər uşaq evi inşa etməyə yardım edirdi və ərazini qaçırıldıqları zaman tərk edib.

"Bu xüsusi dua xəbərdarlığıdır," bir dəqiqəlik mesajda bildirilib. "Dua edib ki, qanqster üzvləri peşman olsunlar."

Mesajda deyilib ki, missiyanın həmin ərazi üzrə direktoru və onun ailəsi, habelə şəxsiyyəti məlum olmayan bir başqa kişi dini xidmətin bazasına qalıb, uşaq evini ziyarət edən hər kəsi isə qaçırılıb. Direktor ABŞ rəsmilərini məsələ ilə bağlı xəbərdar edib.

ABŞ hökumətinin sözçsüsü deyib ki, rəsmilər qaçırılma hadisəsindən xəbərdardırlar. "Xaricdəki ABŞ vətəndaşlarının təhlükəsizliyi və rifahları Dövlət Departamentinin ən yüksək prioritetlərindən biridir," sözçü deyib və əlavə məlumat payalaşmayıb.

Zorakı münaqişələrə qərq olan Haitidə baş verən bu ən son qaçırılma yüksək səviyyəli ABŞ rəsmiləri Karib adalarında yerləşən bu ölkəni ziyarət edərək, Haitinin Milli Polisinə dəstə zorakılığını azaltmağa yardım etmək məqsədilə əlavə 15 milyon vəd etməsindən bir neçə gün sonraya təsadüf edib.

ABŞ dövlət katibinin vətəndaşların təhlükəsizliyi, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bu yaxınlarda Twitter-də "zorakı qanqsterləri aradan qaldırmaq Haitinin sabitliyi və vətəndaşların təhlükəsizliyi üçün mühümdür" yazıb.

Haitidə tarix boxu qanqsterlər tərəfindən qaçırılma hadisələri tez-tez baş versə də, Prezident Covenel Moise iylun 7-də şəxsi iqmətgahında qətlə yetirələndən və avqust ayında Haitinin cənub-qərbində 2 2oo insanın ölümü ilə nəticələnən 7.2 bal gücündə zəlzələdən sonra azalmışdı.

İndi isə qaçırılmalar yenidən artıb və rəsmilər deyir ki, qanqster dəstələr bir neçə yüz dollardan başlayaraq 1 milyon dollaradək fidyələr tələb edirlər.

Haiti Milli Polisinin məlumatına görə, 2021-ci ilin ilk səkkiz ayında azı 328 nəfər qaçırılıb. 2020-ci ilin eyni müddətində isə 234 nəfər qaçırılmışdı.

Milli.Az