Almaniyada helikopter qəzaya uğrayıb

17 Oktyabr 2021 23:57

Almaniyanın Baden-Vürtemberq federal torpağında helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsinə istinadən "Bild" qəzeti xəbər verib.

İlkin məlumata əsasən, helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Milli.Az