ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var

17 Oktyabr 2021 23:09

ABŞ-ın Luiziana ştatında yerləşən Qremblinq Dövlət Universitetinin ərazisində atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma univesitetdə məzunların görüşü keçirilən zaman meydana gəlib.

İnsident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bildirilri ki, atəş açan şəxs hələ saxlanılmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az