Deputat seçilən qadın iki ay əvvəl ölübmüş

17 Oktyabr 2021 22:31

Bağdad sakini Ənsam Manuel adlı xanım İraqda keçirilən parlament seçkilərində qalib gəlib.

Lakin tezliklə deputat seçilən qadının iki ay öncə öldüyü məlum olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  onun koronavirusa yoluxma nəticəsində səhhətində yaranan problemlərlə bağlı vəfat etdiyi bildirilib.

Qeyd olunub ki, mərhum müstəqil namizəd kimi paytaxt dairələrinin birindən seçkilərə qatılıb.

Milli.Az