Birinci vitse-prezident Mehriban Əliyeva: "Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!" - FOTO

17 Oktyabr 2021 20:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında səfərlə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları - polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!"

Milli.Az