Bərdədə qəza: 5 nəfər xəsarət alıb - FOTO

17 Oktyabr 2021 20:56

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az