Hacıqabulda qatar dəmir yolu xəttini keçən şəxsi vurub

17 Oktyabr 2021 20:31

Bakı-Qazax dəmir yolu xətinin Nəvahi kəndi ərazisindən keçən hissəsində qatar kənd sakinini, 1976-cı il təvəllüdlü Hüseynov Zəfər Hüseyn oğlunu vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nəticədə yaralı ağır vəziyyətdə qolun travmatik amputasiya diaqnozu ilə Şirvan şəhər xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az