QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

17 Oktyabr 2021 18:21

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Əlirza Qafarov vəfat edib.

Bu barədə Milli.Az-a mərhumun oğlu məlumat verib.

O bildirib ki, atası Ə.Qafarov 60 yaşında koronavirusdan dünyasını dəyişib.

Ə.Qafarov QMİ-nin Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Qafarov bir müddət əvvəl koronavirusa yoluxmuşdu o, "Yeni klinika"da müalicə olunurdu.

Milli.Az