Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

17 Oktyabr 2021 17:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Milli.Az