“100 ilin sərvəti” adlı konsert proqramı təqdim olundu - FOTO

17 Oktyabr 2021 16:25

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən "II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı" çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf olaraq "100 ilin sərvəti" adlı konsert proqramı təqdim olundu.

Konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti çıxış edib. Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Rusaln Persan, Sübhan Rüstəmov, Lalə İbrahimova, və başqalarının ifasında dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az