Çinin raket sınağı ABŞ kəşfiyyatını şoka saldı

17 Oktyabr 2021 17:07

Çin avqust ayında nüvə başlığı daşıya bilən hipersəsli raketi sınaqdan keçirib. Pekinin bu addımı ABŞ kəşfiyyatını şoka salıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynenşl Tayms" qəzeti məlumat yayıb.

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, raket hədəfə çatmayıb:

"Lakin sınaq göstərdi ki, Çin hipersəsli silahların hazırlanmasında heyrətamiz irəliləyişlər əldə edib və amerikalıların düşündüyündən qat-qat üstündür. Başa düşmürük, onlar bunu necə etdilər".

Milli.Az