Pərvin Abıyeva üçün ÖZƏL GÜN - FOTOlar

17 Oktyabr 2021 15:37

Aktrisa Pərvin Abıyevanın doğum günüdür.

Milli.Az Big.az-a istinadən xəbər verir ki, bu haqda o instaqram hesabında məlumat verib. Pərvin fotolarını paylaşıb və bu sözləri qeyd edib: "18 və 31 yaş, iki fərqli baxış, iki fərqli vücud və 2 fərqli insan. İllər insanı çox dəyişir. Yaşadığım hər şey üçün şükr edirem. Nə yaxşı ki, doğulmuşam. Nə yaxşı ki, varam. Bu günə kimi məni mən edən, həyatımda pis və yaxşı hər bir şəxsə təşəkkür edirəm ki, həyatımdan keçərək, mənə pisi və yaxşını göstərdiniz. Bu gün 31 yaşımda özümü artıq olğun və oturuşmuş bir xarakter olaraq dəyərləndirirəm. Var olduğum müddətcə mən elə mən olaraq qalacağam". Onun paylaşımı izləyicilərin marağına səbəb olub.

Sözügedən fotoları təqdim edirik:

Milli.Az