Gürcüstanda son sutkada koronavirusdan 28 nəfər vəfat edib

17 Oktyabr 2021 14:37

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 581 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 662 334, ölənlərin sayı isə 9 468 nəfərə çatıb. Virusa yoluxanlardan 612 481 nəfərin sağaldığı bildirilir.

Milli.Az