ABŞ diplomatı: YPG ilə işləməklə səhv edirik

17 Oktyabr 2021 13:22

ABŞ YPG ilə işləməyi üstün tutdu.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford deyib.

"YPG ilə əməkdaşlıq uzunmüddətli bir həll gətirməz, əksinə, ziyan daha çox olacaq. ABŞ Türkiyəni narahat edən məsələləri ciddiyə almır və YPG-nin PKK ilə əlaqəsini görməzdən gəlir", - deyə R.Ford bildirib.

Milli.Az