İraqın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib

17 Oktyabr 2021 12:52

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı "Pençe-Şimşek" və "Pençe-Kaplan" əməliyyatı zonalarında PKK-nın bir neçə terrorçusunu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 4 terrorçu məhv edilib.

Milli Müdafiə Nazirliyi terrorçularla mübarizənin davam etdirildiyini vurğulayıb.

Milli.Az