Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci oldu

16 Oktyabr 2021 23:44

Parisdə keçirilən "Böyük dəbilqə" turnirinin birinci günündə cüdoçularımız 2 medal qazanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan medal qazanan ölkələr arasında bu nəticə ilə ikinci sırada qərarlaşıb. Yaponiya (4 qızıl, 1 gümüş medal) birinci, İsrail (1 qızıl medal) üçüncü pillədədir.

Qeyd edək ki, cüdoçumuz Balabəy Ağayev (60 kq) "Böyük dəbilqə" turnirinin qalibi olub. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə Azərbaycanı 9 cüdoçu təmsil edir. Yarışda 46 ölkədən 283 cüdoçu iştirak edir.

Milli.Az