"Taliban"la müqavimət cəbhəsi arasında toqquşma olub, ölənlər var

16 Oktyabr 2021 23:34

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır.

Milli.Az