Rusiyada yük avtomobili iki avtobusla toqquşub, onlarla insan xəsarət alıb

16 Oktyabr 2021 23:00

Rusiyanın Nijni Novqorod şəhərində "QAZel" markalı yük avtomobili ilə iki avtobus toqquşub.

Milli.Az "Report"a istinadən bildirir ki, toqquşma nəticəsində 24 nəfər xəsarət alıb.

Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.

Xəstəxanaya yerləşdirilən iki nəfərə ağır müşayiət olunan zədələr, onurğa zədələri və əlin açıq sınığı diaqnozları qoyulub. Digər xəstənin isə qapalı zədəsi var, vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az