Məşhur aktyor vəfat edib

16 Oktyabr 2021 19:56

Polşalı aktyor Pavel Noviş 81 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Xoşbəxtliyin rəngi" serialının çəkiliş qrupu məlumat yayıb.

"Böyük təəssüf hissi ilə görkəmli aktyor və dostumuz Pavel Novişin ölümünü elan edirik. Serialın yaradılmasında onunla işləməkdən şərəf duyuruq və onu heyranlıq hissi ilə xatırlayacağıq", - deyə serialın "Facebook" hesabında bildirilir.

Milli.Az