ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var - VİDEO

16 Oktyabr 2021 17:36

ABŞ-ın Alabama ştatında məktəblər arasında keçirilən futbol matçından sonra atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər, o cümlədən iki yeniyetmə yaralanıb.

Qeyd olunur ki, atışma insanların stadiondan çıxışı zamanı baş verib.

Yerli polisin məlumatına görə, hadisədən sonra iki şübhəli şəxs avtomobillə ərazini tərk edib.

Hazırda şübhəlilərin axtarışları aparılır.

Milli.Az