Milli Məclis Zəfər Günü ilə bağlı iclas keçirəcək

16 Oktyabr 2021 13:26

Milli Məclis 8 Noyabr Zəfər günü ilə əlaqədar xüsusi iclas keçirməyi planlaşdırır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasın noyabrın 5-də baş tutması gözlənilir. 

Qeyd edək ki, sözügedən xüsusi iclasda Zəfər Günü ilə bağlı çıxışların edilməsi, iclasın sonunda isə bəyanatın qəbul edilməsi nəzərdə tutulub.

Milli.Az