"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur

16 Oktyabr 2021 17:42

"Gedirsən toya, bir də eşidirsən ki ,ayrıldılar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, son vaxtlar ayrılıqların çoxalmasından bəhs edib:

"Adamın toya yazdırdığı pula heyfi gəlir. Gedirsən, ürəklə iştirak edirsən, yaxşı da pul yazdırırsan. Bir ildən sonra ayrılırlar. Niyə pul verdim? Ayrılan kimi gedib oturmaq lazımdır qapısında ki, pulumu qaytarın".

Milli.Az